PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına

 

Möhtərəm cənab prezident!

Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyiniz məqsədyönlu və uğurlu siyasət xalqımız tərəfindən qədirşünaslıqla qarşılanmaqdadır. Bu il martın əvvəlində Heydər Əliyev Mərkəzində ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdə milli-mədəni sərvətlərimizin qorunması və daha da irəli aparılması zərurətini diqqət önündə saxlamağınız hamımızın ürəyindən oldu. Görüşdən az sonra mədəniyyət sahəsinə, o cümlədən də yaradıcılıq təşkilatlarına göstərdiyiniz maliyə dəstəyi. Sizin mədəni-humanitar sferada gedən proseslərə nə qədər həssas münasibət bəslədiyinizi bir daha ayani şəkildə ortaya qoydu.
Martın 13-də Azərbaycan Aşıqlar Birliyi də daxil olmaqla yaradıcılıq ittifaqları və birliklərinə prezidentin ehtiyat fondundan ayrıdığınız maliyə vəsaiti hamımızda böyük məmnunluq hissi yaratmışdır. Bu unudulmaz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab prezident!
Qoy ozan-aşıq mədəniyyətinin ulu ustadı-Dədə Qorqudun müqəddəs ruhundan gələn alqış və dualar hər zaman Sizə yardımçı olsun!

Dərin ehtiramla

Azərbaycan Aşıqlar
Birliyinin sədri Məhərrəm Qasımlı
Azərbaycan Respublikakası Dövlət
Mükafatı laureatı, Əməkdar Elm
Xadimi, professor