PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb.
Topluda Azərbaycan aşıqalrının 2018-ci il sentyabrın 28-də Bakıda keçirilmiş VI Qurultayının hesabat-stenoqramı verilib. Oxucular Mədəniyyət naziri Əbülfəs Qarayevin, Millət vəkili, akademik Rafael Hüseynovun çıxışları, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının hesabat məruzəsi ilə yanaşı, Xalq şairi Nəriman Həsənzadənin, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanovun, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin, Türkiyədən gəlmiş professor Əli Qafqasiyalının, eləcə də, ustad aşıqlardan Prezident təqaüdçüsü və Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov və Ulduz Quliyevanın, istedadlı gənc aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın qurultay iştirakçılarına təbrik çıxışları ilə tanış ola biləcəklər.

Topluda həmçinin Azərbaycan aşıqlarının VI Qurultayının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti və Qurultayın qəbul etdiyi Qətnamə də yer alıb.
Toplunun bu buraxılışında yer alan yazılar içərisində AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun anadan olmalarının 60 illik yubileyinə həsr olunmuş elmi-publisistik yazılar, filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərovun “Aşıq yaradıcılığının tarixi haqqında bəzi qeydlər” adlı elmi məqaləsi də yer alıb.
Toplunun xəbər bölümündə Azərbaycan Aşıqlar Birliyinin 2018-ci ildə həyata keçirdiyi tədbirlər haqda geniş məlumat öz əksini tapıb, “Yeni nəşrlər” rubrikası altında isə Azərbaycan Aşıqlar Birliyinin nəşri olan yeni kitablardan söhbət açılır.
Redaksiya heyətində respublikamızın tanınmış elm və sənət adamları ilə yanaşı, xarici ölkələrin də nüfuzlu alimlərinin yer aldığı toplunun baş redaktoru AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.