PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ VÜQAR DÜNYASINI DƏYİŞİB

Azərbaycan mədəniyyətinə ağır itgi üz verib. Azərbaycan aşıq sənətinin istedadlı nümayəndəsi, ustad aşıq Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını qəflətən dəyişib.
Vüqar Mahmudoğlu 1970-ci ildə Şamaxının Şıxzərli kəndində öz dövrünün məşhur aşıqlarından olan və bu gün də minnətdarlıqla xatırlanan ustad aşığı Mahmud Ələsgəroğlunun ailəsində dünyaya gəlib. Vüqar aşıq sənətinin sirlərini hələ kiçik yaşlarından atasından öyrənib, istedadı və yüksək ifaçılıq qabiliyyəti   ilə  gənc yaşlarından seçilib, tanınıb. Bənzərsiz ifası qısa müddətdə ona böyük hörmət və şöhrət qazandırıb.

Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərlənidiriblər. Bir sıra Avropa ölkələrində  Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Şirvan aşıq havalarının bənzərsiz ifaçısı kimi tanınan Vüqar Mahmudoğlu  respublikamızda keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, yubileylələrdə, festivallarda  el şənliklərindəki hər çıxışı onun şöhrətini daha da artırıb.
Aşıq Vüqar Mahmudoğlu sənətinin dərin bilicisi olmaqla yanaşı, həm də səmimi dost, sözü ilə əməli bir olan bütöv şəxsiyyət idi. Sənətə gələn gənclərə böyük qayğı göstərirdi.
Onun əziz xatirəsi həmkarlarının, doğmalarının, əzizlərinin və bütün sənətsevərlərin qəlbində daim yaşayacaq.

AZƏBAYCAN AŞIQLAR BİRLİYİ