AŞIQ DEHQAN VƏFAT EDİB
Azərbaycan aşqı sənətinə böyük itki üz verib. Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi, sağlığında ikən aşıq sənətinin canlı əfsanəsinə çevrilən ustad Aşıq Məhəmməd Hüseyn Dehqan 2025-ci il noyabrın 22-də vəfat edib.
Məhəmməd Hüseyn Qulam oğlu Dehqan 1934-cü ildə Cənubi Azərbaycanda – Urmiyada anadan olub. Erkən yaşlarından aşıq sənətinə maraq göstərib. Yeniyetmə vaxtlarından Aşıq Fərhadın yanında şəyird olaraq sənətin sirlərini, klassiklərin yaradıcılığını, dastanları öyrənib. Bir sənətkar kimi püxtələşdikdən sonra müstəqil şəkildə aşıqlığa başlayıb.