“DƏDƏ ŞƏMŞİR UCALIĞI”

Martın 28-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, AzTv və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında ustad  sənətkar, Əməkdar İncəsənət xadimi  Dədə Şəmşirin xatirəsinə həsr olunmuş “Dədə  Şəmşir ucalığı” adlı konsert keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri,  Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq ustad aşığın həyat və yaradıcılığından söz açıb,  onun şifahi xalq ədəbiyyatımızın inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb.

Mahnı Teatrında “Sazın ana laylası” adlı konsert təşkil edilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Sazın ana laylası” adlı konsert proqramı təşkil olunub.

Aşıqlar Birliyindən AZƏRTAC bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb.

“Sazın ana laylası” adlı konsert proqramı keçirildi...

Saz-söz axşamına qonaq olmaq, gözəlliklərə göz kəsilmək həqiqətən də xoşbəxtlikdir. Qadın hər zaman gözəlliyi, nəcibliyi, xanımlığı ilə diqqət mərkəzində olub. Zərif məxluqların yaratdığı xarüqələr aləmi mat qoyub həmişə.

Ana sazımızın təəssübkeşi olan qadın aşıqlar hər zaman dədə-baba yadigarı olan sazımıza sahib çıxmağı bacarıblar.  Qadın aşıqlar sazları sinədə səhnəyə çıxanda həqiqətən də dinləyici və tamaşaçılara böyük zövq yaşadıb.

“SAZIN ANA LAYLASI”

Sizi xanım aşıqların “Sazın ana laylası” adlı konsertinə dəvət edirik. Konsert 02 mart 2017-ci il tarixində, saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcəkdir.


Ünvan:  Rəşid Behbudov, 24

Azərbaycan aşıqları Aşqabadda keçirilən Beynəlxalq Elmi Konfransdan qayıdıb

Azərbaycan aşıq sənətinin yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təbliğ olunması üçün dövlət səviyyəsində böyük səylər göstərilir. Son illər aşıqlarımız mütamadi olaraq dünayanın müxtəlif ölkələrində keçirilən folklor festivallarında, saz-söz şölənlərində, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edir...

Bakıda ustadlara sayğı gecəsi

Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək üzü Dədə Qorquddan bu günə gələn aşıq sənətinin yaşadılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu ortaq mədəni keçmişdən gələn xalqlarımızın ortaq gələcəyinə doğru yolda mühüm addımdır. Qeyd olunub ki, gələcəkdə belə tədbirlər böyük miqyasda - türk dünyası arealında təşkil edilməlidir.

Aşıq musiqisi Avropa musiqisinin sintezində

Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, aşıqlar, musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb.

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Borçalı aşıq mühitinin əvəzedilməz siması, Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq Hüseyn Saraclının anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli yubiley mərasimi keçirildi.
Noyabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbir Hüseyn Saraclını bir daha yada saldı. Ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunan xatirə gecəsi onun lent yaddaşına çökən, artıq tarixə çevirilən ifaları ilə başlandı. H.Saraclının xatirə gecəsində çıxışedən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açdı.

2 -dən səhifə 4