Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühiti ənənələrinin yaşadılmasında özünəməxsus xidmətləri olan ustad aşıq, Əməkdar mədəniyyət işçisi Yanvar Bədəlov 2018-ci il dekabrın 27-də dünyasını dəyişib.
Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Orta məktəbdə oxuyarkən qonşu kənddə yaşayan ustad aşıq Şamildən sənətin sirlərini öyrənib. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Mədəni-Maarif Texnikumunda davam etdirib.
Noyabrın 28-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Cəlal Qəhrəmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Məti Osmanoğlunun aparıcılığı ilə keçən tədbirdə əvvəlcə ustadın ömür yolundan bəhs edən video süjet nümayiş etdirilib.
Türkiyədə fəaliyyət göstərən Avrasiya Kültür Sənət dərnəyinin nəşri olan “Türk dünyası Korkut Ata aşıklar kervanı” adlı toplu işıq üzü görüb. Osmaniyə bələdiyyəsinin dəstəyi ilə işıq üzü görən bu toplu dərnəyin 2017-ci ildə Türkiyə, Azərbaycan və Quzey Kıprıs Türk Cumhuriyyətində düzənlədiyi tədbirlərə həsr olunub.
2018-ci il dekabrın 17-də Azərbaycan aşıq sənətinin XX əsrdəki görkəmli nümayəndələrindən biri olan Əmrah Gülməmmədovun anadan olmasının 110 illik yubileyi qeyd olunub. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Mədəniyyət nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.
Noyabrın 15-də Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birlyinin birgə təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı İmran Həsənovun keçdiyi ömür və yaradıcılıq yolundan danışıb, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında onun özünəmxsus yerindən, böyük xidmətlərindən söz açıb.
Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə bu böyük söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. İndiyədək yubilyarla bağlı bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilib və bu tədbirlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan ustad sənətkar Əmrah Gülməmmədovun bu il 110 illik yubileyidir. Bu münasibətlə hazırlanmış yubiley tədbiri 17 dekabr 2018-ci ildə R.Behbudov adına Mahnı Teatrında olacaqdır. Saat 19:00-da keçiriləcək həmin tədbirə və konsert proqramına giriş sərbəstdir.
Hörmətli saz sevərlər!
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan ustad sənətkar Əməkdar Mədəniyyət İşçisi İmran Həsənovun bu il 90 illik yubileyidir. Bu münasibətlə hazırlanmış yubiley tədbiri 15 noyabr 2018-ci ildə R.Behbudov adına Mahnı Teatrında olacaqdır. Saat 19:00-da keçiriləcək həmin tədbirə və konsert proqramına giriş sərbəstdir.
Azərbaycan Aşıqlar
Birliyinin katibliyi
Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.
Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək aşıq sənəti və ustad aşıqların həyat və fəaliyyətindən bəhs edən “Ozan-aşıq dünyası”, “Sazımız – sazbəndimiz”, “Aşıq Ələsgər”, “Haqdan gələn saz”, “Xan Kamandar”, “Hüseyn Saraçlı” və s. kimi bir neçə kitabı işıq üzü görmüş müəllifin “Saza baxsın tariximi yazanlar” adlı bu kitabı da bütövlükdə aşıq sənətinə həsr olunub.
2018-ci il oktyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimi olub. Sazsevərlər, sözə dəyər verənlər Azərbaycan aşıq sənətinin iki görkəmli nümayəndəsinin – Aşıq Ələsgərin və Dədə Şəmşirin ruhunun işığına toplaşıb.
Respublikamızda qonaq olan İran İslam Respublikasınnın vətəndaşları – aşıq sənətinin, xüsusilə də Urmiya aşıq mühitinin araşdırıcısı, şar, “Yaz” nəşriyyatının rəhbəri Bəhram Əsədi və Zənganlı alim, professor Məhəmməd Rza Bağban 2018-ci il oktyabrın 1-də Azərbaycan Aşıqlar Birliyində olublar.
