Azərbaycan Aşıqlar Birliyi katibliyinin bəyanatı
Azərbaycan Aşıqlar Birliyi katibliyinin 17 mart 2017-ci il tarixli iclasında Aşıqlar Birliyinin üzvü Adil Ziyadxan oğlu Quliyevin davranış və hərəkətləri müzakirə olunmuşdur. Bəlli olmuşdur ki, AzTV-nin əməkdaşı Adil Ziyadxan oğlu Quliyev mütəmadi olaraq Birlik üzülüyinə yaraşmayan hərəkətlərə yol verir. O, ardıcıl şəkildə Aşıqlar Birliyi rəhbərliyini gözdən salmaq məqsədi daşıyan təxribatçı əməllər törədir, əsassız şayiə və böhtanlarla məşğul olur.