Azərbaycan aşıq sənətinə böyük itki üz verib. Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, təkcə Borçalıda deyil, onun hüdudlarından kənarda da bir sənətkar kimi sevilən ustad aşıq Ziyəddin Keşəli uzun sürən xəstəlikdən sonra 2025-ci il yanvarın 17-də vəfat edib.
Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci il sentyabrın 20-də Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində anadan olub. Məşhur ustad sənətkar Xındı Məmməddən sənət dərsi alaraq ustad aşığı kimi tanınıb.
1983-cü ildən Marneuli şəhər mədəniyyət evində fəaliyyət göstərib, bir çox incəsənət festivallarında iştirak edib və laureat adına layiq görülüb. 2001-ci ildə Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə təltif olunub.
Ziyəddin Keşəli 2025-ci ilin yanvarın 18-də doğulduğu Keşəli kəndində torpağa tapşırılıb.
Ustad aşıq Ziyəddin Keşəlinin əziz xatirəsi doğmalarının, əzizlərinin və sənət dostlarının qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ