PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AĞAMURAD ŞİRVANLININ 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Aşıq Ağamurad İsrəfilovun 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Öncə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Aşıq Ağamurad Şirvanlını yubiley münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə yubilyara müvafiq fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Aşıq Ağamurad çıxışında keçdiyi ömür yolundakı xidmətlərinə görə təltiflərlə bağlı ölkə rəhbərliyinə və 60 illik yubiley tədbirinin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Tədbirdə Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Elnarə AbdullayevaŞirzad Fətəliyev, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, tanınmış aşıq Əli Tapdıqoğlu, görkəmli xanəndə Nemət Ərəboğlu, Televiziya Muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və “İncə tellər” aşıqlar ansamblı çıxış ediblər. Onların çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

461770425_859465166346907_818975288596798373_n.jpg

461990161_859465233013567_3638060317841328973_n.jpg

462157021_859465543013536_3124673691510245761_n.jpg

462458841_859465169680240_8882972099957694225_n (1).jpg

462464499_859465246346899_4085536551446587200_n.jpg

462593471_859465229680234_4782078421326959021_n.jpg