Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab festivalı çərçivəsində bu il anadan olmasının 100 ili tamam olan Xalq şairi Hüseyn Arifin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Şair Barat Vüsalın aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Aşıqlar birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Millət vəkili, akademik Nizami Cəfərov, professor Rüstəm Kamal və digərləri çıxış edərək bu böyük söz ustadının həyat və yaradıcılığı barədə danışıb, onunla bağlı xatirələrini dilə gətiriblər.
Tədbirdə aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədli, Şahniyar Əliyev, Şahin Süleymanov və digərləri müxtəlif aşıq havaları üstündə Hüseyn Arifin şeirlərini ifa ediblər.