PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq Şəmşirə həsr olunmuş “Musiqi kimliyimiz” layihəsi başa çatıb

2024-cü il may ayının 22-də “Musiqi kimliyimiz” layihəsi çərçivəsində 20-ci əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunan ədəbi-bədii gecə keçirilib. Gəncə Dövlət Filarmoniyasında baş tutan konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşıb.

Layihə çərçivəsində keçirilən konsert proqramını Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı giriş sözüylə açaraq Aşıq Şəmşirin həyat və yaradıcılıq yolundan danışıb, Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini vurğulayıb. Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirib.

Tədbirdə tanınmış aşıq haqda geniş söhbət açılıb, onun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Gecədə ustad aşıqlar Aşıq Şəmşir yaradıcılığına müraciət edərək müxtəlif aşıq havalarını səsləndiriblər. 

Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı, İbadət Allahverdiyev, eləcə də Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov, Firəddin Mehdiyev, Vüqar Qurbanov, Anar Abdullayev, Mirəli Mehdiyev, Saleh Tağıyev, Zülfüqar İsmayılov və digərləri çıxış ediblər.

WhatsApp Image 2024-05-25 at 13.09.17.jpg

WhatsApp Image 2024-05-25 at 13.09.20.jpg

WhatsApp Image 2024-05-25 at 13.09.19(2).jpg

WhatsApp Image 2024-05-25 at 13.09.19(1).jpg

WhatsApp Image 2024-05-25 at 13.09.19.jpg

WhatsApp Image 2024-05-25 at 13.09.18(1).jpg

WhatsApp Image 2024-05-25 at 13.09.18.jpg