PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TÜRKİYƏLİ PROFESSOR BAYRAM DURBİLMƏZ AAB-nin QONAĞI OLUB

May ayının 23-24-də Bakıda Xəzər Universitetində keçirilən, təşkilatçılarından biri də Azərbaycan Aşıqlar Birliyi olan “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” adlı Beynəlxalq elmi simpoziumda iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin Nevşehir Hacı Bektaş Universitetinin professoru Bayram Durbilməz Aşıqlar Birliyini də ziyarət edib.  AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və  və Birliyin əməkdaşları ilə olan səmimi görüş zamanı aşıq sənətinin dünəni və bu günü, qarşıda duran vəzifələr barədə maraqlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə aşıqları arasında yaradıcılıq əlaqələrinin daha da möhkəmləndirilıməsinin vacibliyi vurğulanıb.

M.Qasımlı hörmətli qonağı Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilməsi və təşkilatın Türkiyə təmsilçisi olması münasibəti ilə təbrik edərək üzvlük vəsiqəsini verib, Birliyin son illərdə nəşr etdirdiyi  kitabları hədiyyə edib.  Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, Bayram Durbilməz aşıq ailəsində dünyaya gəlib, Yozqatlı Aşıq Türkmənoğlu kimi tanınana aşıq Bahri Durbilməzin oğludur. Elmi araşdırmalarla məşğul olmaqla yanaşı, eyni zamanda bədii yaradıcılıqla da məşğul olur, şeir yazır. “Aşıq ədəbiyyatı araşdırmaları: Taşpinarlı xalq şairlər”, “Kayserili xalq şairlərinin şeirlərində Kıprıs”, “Aşıq Meydani: həyatı, sənəti, şeirlərindən örnəklər” və s. kitabları işıq üzü görüb.

WhatsApp Image 2024-05-2114 at 09.33.38.jpeg

22.jpeg

WhatsApp Image 2024-05-24 at 09.33.39.jpeg

WhatsApp Image 2eee024-05-24 at 09.33.39.jpeg