PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ABŞERON RAYON MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ AŞIQ KONSERTİ

2024-cü il aprelin 30-da Abşeron rayon Mədəniyyət Mərkəzində “Cəngi” sazçı folklor qrupunun  və Abşeron rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin saz siniflərində oxuyan şagirdlərin iştirakı ilə konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvələində AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək son illərdə aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində  yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın artmasından, bu sahədə musiqi məktəblərinin məqsədyönlü fəaliyyətindən söz açıb, Abşeron rayonundakı musiqi məktəblərinin işini təqdir edib.

ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, dosent Samirə Əliyeva öz çıxışında vaxtilə ADMİU-da aşıq sənəti ixtisası üzrə təhsil alıb, bu gün Abşeron rayonundakı musiqi məktəblərində çalışan gənclərin işini yüksək dəyərləndirib və onlara uğurlar arzulayıb. Digər çıxışçılar da aşıq sənətinə göstərilən qayğını və yeniyetmələrdə bu sənətə marağın artmasını xüsusi vurğulayıblar.

Çıxışlardan sonra konsert başlayıb. Nurlan Məmmədlinin rəhbərlik etdiyi “Sazçı” folklor qrupunun, eləcə də rayonun digər musiqi məktəblərinin saz siniflərində təhsil alan şagirdlərin ifasında səsləndirilən “Paşaköçdü”, “Təbli cəngi, cəngi Koroğlu”, “Kərəm gözəlləməsi”, “Osmanlı divani”, “Hacalı gözəlləməsi”, “Dubeyti”, “Bəhri divani”, “Orta sarıtel”, “Misri”, “Ruhani” və “Turan marşı” havaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

WhatsApp Image 2024-05-02 at 20.06.58.jpeg

WhatsApp Image 2024-05-02 at 20.09.26.jpeg

WhatsApp Image 2024-05-02 at 20.08.30.jpeg

WhatsApp Image 2024-05-02 at 20.11.43.jpeg

WhatsApp Image 2024-05-02 at 20.11.44.jpeg

WhatsApp Image 2024-05-02 at 20.11.45.jpeg

WhatsApp Image 2024-05-02 at 201.11.44.jpeg