PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Ötən ilin son günlərində Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun  yeni sayı – 2023-cü ildəki ikinci buraxılışı işıq üzü görüb. Toplu Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibəti ilə Mədəniyyət nazirliyinin təbrik məktubu və yubilyarla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun  “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri  ilə açılır.  

Toplunun bu sayında həmçinin professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun  “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın  “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin,  Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın  ““Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin  “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov Məmmədağa Babayevin şeirləri  yer alıb.

Oxucular eyni zamanda toplunun bu buraxılışında Azərbaycan Aşıqalr Birliyinin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər və görüşlər barədə xəbərlərlə tanış olacaq, ozan-aşıq sənəti ilə bağlı yeni nəşrlər haqqında nməlumat əldə edə biləcəklər. Həmişə olduğu kimi, toplunun bu sayında da dastanlarımıza yer ayrılıb, bu dəfə  “Qurbani” dastanı təqdim olunub.