Müstəqillik dövründə ölkəmizdə milli mətbuatın, demokratik cəmiyyətin və vətəndaş cəmiyyətinin inkişafında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir mətbuatımızın öncüllərindən olan “Bakı-Xəbər” qəzetinin xidmətləri danılmazdır. Fəaliyyət göstərdiyiniz 20 il ərzində “Bakı-Xəbər” qəzeti şərəfli bir yol keçərək daim Azərbaycan dövlətçiliyinə xidmət edərək müstəqilliyimizi və bu yoldakı uğurlarımızı tərənnüm etmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında mühüm rol oynamışdır. Qəzetin fəaliyyətində mədəniyyətimizin, xüsusilə də onun mühüm tərkib hissəsi olan ozan-aşıq mədəniyyətinin təbliğinə də böyük yer verilməsini isə ayrıca minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm.
Hörmətli Aydın müəllim! “Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə Sizi və başçılıq etdiyiniz kollektivin bütün əməkdaşlarını Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı ozan-aşıq ictimaiyyətinin adından təbrik edir, milli jurnalistikamızın zəngin ənənələrini davam etdirmək yolundakı fəaliyyətinizdə bundan sonra da böyük uğurlar əldə etməyinizi arzulayıram!
Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar elm xadimi, professor.