PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TƏBRİK EDİRİK!

MƏHƏRRƏM QASIMLI – 65

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasınnı 65 illik yubileyi tamam olub. Bu münasibətlə hörmətli professora çoxsaylı təbrik məktubları və teleqramlar ünvanlanıb, mətbuatda barəsində geniş məqalələr dərc olunub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyindən də AAB sədrinə təbrik məktubu və çiçək buketi göndərilib. Mədəniyyət nazirliyinin kollektivi adından göndərilən təbrik məktubunda deyilir:

 “Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya

 

Hörmətli Məhərrəm müəllim,

Sizi doğum gününüz münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Yüksək intellektual səviyyəli nüfuzlu alim, istedadlı şair kimi elmimizə, mədəniyyətimizə, milli təfəkkürümüzə töhfəniz əvəzedilməzdir.

İlk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alim olaraq qeyri-maddi mədəni irs nümunələrimizin tədqiqatında, həmçinin bu istiqamətdə 30-dan çox elm adamının yetişdirilməsində müstəsna xidmətlərə görə Sizə təşəkkür edirik.

Müəllifi olduğunuz çoxsaylı kitab, monoqrafiya və məqalələriniz Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən dəyərli əsərlərdir.

Müxtəlif ölkələrədə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən tanınmış araşdırmaçı kimi, aşıq sənəti sahəsindəki sistemli, elmi-təşkilati fəaliyyətiniz Azərbaycan folklorşünaslığının əhəmiyyətli hissəsini təşkil edir.

Respublikamızın mədəni həyatında müstəsna fəaliyyətiniz ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Əməkdar elm xadimi” fəxri adına, Dövlət mükafatı və “Şöhrət” ordeninə layiq görülmüsünüz.

Hörmətli Məhərrəm müəllim,

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayırıq.

Hörmətlə,

Mədəniyyət Nazirliyinin kollektivi.

Bakı şəhəri, 5 avqust 2023-cü il.

img428.jpg

WhatsApp Image 2023-08-07 at 14.01.3233.jpeg