PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan Aşıqlar Birliyi katibliyinin bəyanatı

Azərbaycan Aşıqlar Birliyi katibliyinin 17 mart 2017-ci il tarixli iclasında Aşıqlar Birliyinin üzvü Adil Ziyadxan  oğlu Quliyevin davranış və hərəkətləri müzakirə olunmuşdur. Bəlli olmuşdur ki, AzTV-nin əməkdaşı  Adil Ziyadxan oğlu Quliyev mütəmadi olaraq Birlik üzülüyinə yaraşmayan hərəkətlərə yol verir. O, ardıcıl şəkildə Aşıqlar Birliyi rəhbərliyini gözdən salmaq məqsədi daşıyan təxribatçı əməllər törədir, əsassız şayiə və böhtanlarla məşğul olur.

Adil Quliyev  bir neçə  gün öncə İrandan qonaq gəlmiş aşıqları dilə  tutaraq onları Aşıqlar Birliyinin sədri  Məhərrəm Qasımlı və AzTV “Mədəniyyət“ kanalının  direktor müavini  Nadir Axundov barəsində şər və böhtanlar söyləməyə təhrik etmişdir. Onun yalançı və aldadıcı təhrikləri, şırnikləndirici  vədləri diktafon vasitəsi ilə yazıya alınmış və sübut kimi saxlanılır.
Azərbaycan Aşıqlar  Birliyinin katibliyi səs yazısını dinlədikdən  və Adil Quliyevin buna bənzər bir çox başqa hərəkətlərini təhlil etdikdən sonra onun Aşıqlar Birliyi sıralarında qalmasını mümkünsüz saymışdır.
Yolverilməz hərəkət və davranışlarına görə Adil  Ziyadxan  oğlu Quliyevin Azərbaycan Aşıqlar Birliyi siralarından xaric olunması barəsində yekdilliklə qərar  qəbul olunmuşdur.