Aşıq Yanvarın İsmayıllıda aşıq sənətinin inkişafında və rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsində uzun illər böyük əmək sərf etdiyini, gənclərin bu sənətə gəlməsində mühüm rol oynadığını qeyd edən M.Sadıqov yubilyarı təbrik etməklə yanaşı, bundan sonra da İsmayıllı rayonunda aşıq sənətinin inkişafına xüsusi diqqət yetiriləciyini vurğulayıb.
[bt_slider uid="1511948839-5a1e822745828" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/DSC_0975.JPG" title="DSC_0975.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0001.JPG" title="DSC_0001.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0996.JPG" title="DSC_0996.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0035.JPG" title="DSC_0035.JPG" link="" parent_tag="slider"][/bt_slider]
Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlıya verilib. Azərbaycan Aşıqlar Birliyi və şəxsən öz adından ustad aşığı təbrik edən professor Aşıq Yanvarın sənətdəki xidmətlərindən və həm bir sənətkar, həm də şəxsiyyət kimi özünəməxsusluğundan söz açıb. Filologiya elmlər doktoru, professor Seyfəddin Qəniyev və Təranə Əmirli də ustadın keçdiyi sənət yolundan söz açaraq ona bundan sonra da uzun və sağlam ömür, sənət naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.
Çıxışlardan sonra səhnə İsmayıllı rayonunun musiqiçilərinin və aşığın sənət dostlarının ixtiyarına verilib. Özlərinin musiqi töhfələri ilə ustadı təbrik edən Əməkdar Mədəniyyət İşçiləri Ağamurad İsrafilov, Samirə Əliyeva və Rasim Ələsgərovun, Altay Məmmədli, Əli Tapdıqoğlu, Abbas Musaxanoğlu, Babək Şakirli, Elman Mehdiyev, Sahibə Abdullayeva və Ağapaşa Xəlilovun, Qobustan rayon Musiqi məktəbi saz sinfinin şagirdlərinin və digər sənətçilərin ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Musa NƏBİOĞLU
