PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan aşıqları beynəlxalq folklor festivalına qatılacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyulun sonu, avqustun əvvəllərində keçiriləcək VII “Dağlılar” Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında Azərbaycan aşıqları da iştirak edəcək. Azərbaycan Aşıqlar Birliyindən (AAB) AZƏRTAC-a verilən məlumata görə 12 nəfərdən ibarət nümayəndə heyətimiz artıq Mahaçqalaya yola düşüb. AAB-nin katibi Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev,

Nazim Quliyev və Babək Şahbazov, balaban ustaları Əziz Ağacanov və Səfər Mehdiyev, nağaraçalan Nemət Rəhimov daxildir.

Bildirilib ki, aşıqlarımız festivalda geniş proqramla çıxış edəcək, Azərbaycan aşıq sənətinin zənginliyini və möhtəşəmliyini özündə əks etdirən aşıq havalarımızı səsləndirəcəklər.

http://azertag.az