PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıqlarımız Mahaçqalada keçirilən "Dağlılar" Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında...

Son zamanlar Azərbaycan aşıqlarının mütəmadi olaraq xarici ölkələrdə qastrol səfərləri təşkil edilir. Daha bir beynəlxalq festivalda aşıqlarımız Azərbaycan mədəniyyətini təmsil edəcək. Bu barədə "Bakı-Xəbər"ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, 10 nəfərdən ibarət nümayəndə heyəti artıq Rusiya Federasiyasının Dağıstan Respublikasına yola düşüb.

Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan əməkdar mədəniyyət işçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev və Babək Şahbazov, balaban ustaları Əziz Ağacanov və Səfər Mehdiyev, nağaraçalan Nemət Rəhimov daxildir.
Məlumata görə, onlar Dağıstanın paytaxtı Mahaçqala şəhərində iyulun sonu-avqustun əvvəllərində keçiriləcək VII "Dağlılar" Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında geniş proqramla çıxış edərək Azərbaycan aşıq sənətinin zənginliyini və möhtəşəmliyini bir daha nümayiş etdirəcək.
İradə SARIYEVA,
http://www.baki-xeber.com