GƏNC AŞIQLARIN KONSERTİ KEÇİRİLİB

Fevralın 1-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirlib.

Gənclər günü münasibəti ilə gənc aşıqların konserti keciriləcək!

01.02.2018-ci il tarixdə saat 19-00-da Rəşid Behbudov adına Mahnı teatrında Mıdəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin gənclər günü münasibəti ilə təşkill etdiyi gənc aşıqların konserti keciriləcəkdir!
Giriş sərbəstdir.
Hörmetlə, təşkilat katibliyi!

AŞIQ XANMUSA MUSAYEV DÜNYASINI DƏYİŞİB

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib.
Aşıq Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib.

“Ulduz Sönməz: Mən belə yaşadım...”

Son illərdə aşıq sənəti ilə bağlı bir sıra sanballı kitablar nəşr etdirmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun araya-ərsəyə gətirdiyi daha bir kitab bu günlərdə işıq üzü görüb. Onun nəşrə hazırlayıb, redkatoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı bu kitab çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməzə həsr olunub.

“Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” silsiləsindən “Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “Koroğlu” dastanının “Koroğlu və Dəli Həsən” və “Koroğlunun İstanbul səfəri” boyları əsasında qurulan konsert-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru AAB-nin katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.

AŞIQ VÜQAR DÜNYASINI DƏYİŞİB

Azərbaycan mədəniyyətinə ağır itgi üz verib. Azərbaycan aşıq sənətinin istedadlı nümayəndəsi, ustad aşıq Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını qəflətən dəyişib.
Vüqar Mahmudoğlu 1970-ci ildə Şamaxının Şıxzərli kəndində öz dövrünün məşhur aşıqlarından olan və bu gün də minnətdarlıqla xatırlanan ustad aşığı Mahmud Ələsgəroğlunun ailəsində dünyaya gəlib. Vüqar aşıq sənətinin sirlərini hələ kiçik yaşlarından atasından öyrənib, istedadı və yüksək ifaçılıq qabiliyyəti   ilə  gənc yaşlarından seçilib, tanınıb. Bənzərsiz ifası qısa müddətdə ona böyük hörmət və şöhrət qazandırıb.

Allah Rəhmət eləsin!

AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla, AAB-nin bütün kollektivi ustad aşıq Yaqub Şıxlının vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah Rəhmət eləsin!

Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri ilə görüş təşkil olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında (Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası) filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, şair Məhərrəm Qasımlı ilə görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, filialın müdiri Gülşən Abbasova professor Məhərrəm Qasımlının həyatı haqqında geniş məlumat verib.

Aşıq sənətinə töhfə - “Ozan” elm və sənət toplusu

Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nın dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.

33 -dən səhifə 39