AZƏRBAYCAN AŞIQLARININ VI QURULTAYININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Bu gün Azərbaycanda gedən iqtisadi və mədəni quruculuq işləri hər birimizdə yüksək qürur hissi yaradır. Mədəniyyətimizin digər sahələri kimi milli-musiqi dəyərlərimiz, xüsusən də muğam və aşıq sənətlərinin inkişaf perspektivləri ilə bağlı həyata keçirdiyiniz sistemli tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasından sonra dövlətimizin əvəzsiz milli sərvətimiz olan aşıq sənətinə böyük qayğı və diqqət göstərdiyi hər an duyulmaqdadır. Son illərdə xeyli sayda aşığa Prezidentin fərdi təqaüdü və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verməyinizi minnətdarlıqla qarşılayırıq.