PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

MOLLA PƏNAH VAQİFİN 300 İLLİYİ İLƏ BAĞLI AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI KONSERT FİLARMONİYADA KEÇİRİLƏCƏK

Bu il Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Onun adı YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmişdir ki, bu da  Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasına verilən yüksək qiymətdir...

Bu ölməz söz ustadının anadan olmasının 300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvarın 12-də sərəncam imzalamışdır.
Şairin yubileyi ölkəmizin hər yerində böyük tənətənə ilə qeyd edilməkdədir. Şeirləri aşıqların dillərində əzbər olan Molla Pənah Vaqifin 300 illik yubileyi Azərbaycan Aşıqlar Birliyi tərəfindən də geniş qeyd olunacaq.
Aşıqlar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, may ayının 15-də Bakıda Azərbaycan Dövlət Filarmoniyasında M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən könülə yollar görünür” adlı tədbir keçiriləcək. Tədbirdə respublikamızın tanınmış aşıqları bu böyük şairin şeirlərini ifa edəcəklər.
Xatırladaq ki, axşam saat 19-da başlayacaq tədbirə giriş sərbəstdir. Çeir-sənət həvəskarlarını, saz-sözsevərləri tədbirə dəvət edirik.

 Musa NƏBİOĞLU