PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

USTAD SƏNƏTKARLARIN XATİRƏSİ YAD OLUNUR

2023-cü il aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən, bənzərsiz ifa tərzləri ilə bu gün də yaddaşlarda yaşayan və hər biri sənətdə özünəməxsus iz qoyan ustad sənətkarlar Əkbər Cəfərov Əlixan Niftalıyevin yubiley ilidir – Əkbər Cəfərovun anadan olmasının 90, Əlixan Niftalıyevin isə 80 illik yubileyi tamam olur. Ustad sənətkarlara daim böyük diqqət göstərən AAB bu iki böyük sənətkarı da yaddan çıxarmayıb. Hər iki sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu iki böyük saz-söz ustadına həsr olunması da elə bu diqqətin təzahürüdür. Yaxın günlərdə ötən əsrin 80-ci illərində Əkbər Cəfərov və Əlixan Niftalıyevin ifasında AZTV-də lentə alınmış “Novruz və Qəndab” dastanı professor M.Qasımlının elmi şərhləri ilə yenidən tamaşaçılara çatdırılcaqdır. Həmin verilişdə eyni zamanda ustad sənətkarların sənət yolunun davamçıları olan Nəbi Nağıyev, Nazim Quliyev, Altay Məmmədli, Şöhrət Kərimov və Bakir Ağayev də iştirak edəcəklər.