PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ALLAHVERDİ QƏMKEŞİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

2022-ci il dekabrın 20-də Azərbaycan Aşıqlar Birliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində ustad aşıq, dəyərli saz şairi, Əməkdar mədəniyyət ișçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. Tədbirdə öncə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib. Sonra çıxış üçün ilk söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı ustad aşıq Allahverdi Qəmkeşin həyat və yaradıcılıq yolundan geniş söhbət açaraq onun Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, özünəməxsus, bənzərsiz ifa tərzini vurğulayıb, saz havalarının  və dastanlarımızın da bilicisi olduğunu qeyd edib. AAB sədri eyni zamanda onu da vurğulayıb ki, Allahverdi Qəmkeş ustad aşıq olmaqla yanaşı, həm də istedadlı şair idi və bir neçə şeir kitabı işıq üzü görüb.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, fölklorşünas alim Elxan Məmmədli ustad sənətkarla bağlı xatirələrini dilə gətirib.

Ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb.

Aşıqlardan Əməkdar Mədəniyyət işçisi Əhliman Allahverdiyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi, Fəxri mədəniyyət işçisi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehtiyev Sevindik Quliyev çıxış edərək müxtəlif aşıq havaları üstündə ustadın öz sözlərini və repertuarından seçmə havaları səsləndiriblər. Onları balabanda Əməkdar mədəniyyət işçisi İbadət Allahverdiyev müşayiət edib. Ustadın nəticələri onun şeirlərini səsləndiriblər. Aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürlərini bildiriblər.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və folklorşünas alim,  Əməkdar mədəniyyət işçisi Elxan Məmmədliyə, eləcə də tədbirdə çıxış edən aşıqlara təşəkkürnamələr təqdim edib.

Tədbirin keçirildiyi Kəlbəcər rayon Mədəniyyət sarayında ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.

2201220221.jpg

2201220222.jpg

2201220223.jpg

2201220224.jpg

2201220225.jpg

2201220226.jpg

220122022.jpg

2201220228.jpg

2201220227.jpg