Bu il Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Onun adı YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmişdir ki, bu da Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasına verilən yüksək qiymətdir...
Azərbaycan Aşıqlar Birliyinin üzvü, ustad balabançı Elxan Məmmədov uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Mahir balaban ustası olan E.Məmmədov hələ gənc yaşlarından Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad,Mayıs kimi böyük ustad aşıqları müşayiət edib, dövrümüzdə kamil balabançı kimi tanınaraq aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri ilə seçilib. Onun yüksək sənətkarlıq məharəti sazsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Ustad sənətkara Allahdan rəhmət, yaxınlarına və doğmalarına isə səbir diləyirik. Ruhu şad olsun!
Allah rəhmət eləsin!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur. 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub.
Son günlərdə Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi.
Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, 90-dan artıq yaşı olan Aşıq Xanmusa Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan ustad sənətkarlardandır. Bənzərsiz ifa tərzi ilə el məhəbbəti qazanan ustadın xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Dəfələrlə müxtəlif fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılan Xanmusa Musayev ötən ilin iyulunda ölkə başçısının sərəncamıyla “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Заслуженный работник культуры Азербайджана, доцент Государственного университета культуры и искусств (ADMİU) , доктор философии по искусствоведению Самира Алиева вместе со студентами ADMİU провела флешмоб в Международном аэропорту Гейдар Алиев.
Azərbaycan Aşıqlar Birliyi hər zaman gənc aşıqlara böyük qayğı göstərir. Tez-tez gənclərin konsertləri təşkil olunur, ifalarından ibarət diskləri buraxılır, onların müxtəlif dövlət tədbirlərində çıxış etmələrinə şərait yaradılır. Bu günlərdə gənc aşıqlarla bağlı yeni bir layihə reallaşdırılacaq.
Gənc və istedadlı aşıq Ramin Qarayevin Rusiyanın paytaxtı Moskva şəhərində solo konserti olacaq. Bu il aprel ayının 29-da keçiriləcək konsertdə aşıqlardan Aytəkin Qənbərqızı və Gözəl Kəlbəcərli də çıxış edəcək.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı da iştirak edəcək.
Martın 26-da Xaçmaz şəhərində Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin büstü ucaldılıb. Böyük söz ustadının büstü açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə yer alıb.
Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirdə çıxış edərək Azərbaycanın hər yerində aşıq sənətinə yüksək qiymət verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ustad sənətkarın büstünün qoyulduğu “Şəxsiyyətlər muzeyi” 2006-cı ildə yaradılıb. İndi bu muzey-parkda Azərbaycanın 56 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin xatirəsi əbədiləşdirilib.
