Qrupun son uğurlu çıxışı Öszbəkistanda olub. 2026-cı il mart ayının üçüncü ongünlüyündə bu ölkənin Xarəzm vilayətindəki Xivə şəhərində keçirilən “Khiva art fest-2026” beynəlxalq müsabiqədə iştirak edən “Cəngi” sazçı folklor qrupu Qran-pri mükafatı ilə, həmin məktəbdə saz ixtisası üzrə təhsil alan 1-ci sinif şagirdi Nuray Əliyeva və 3-cü sinif şagirdi Səməndər Qurbanzadə isə 1-ci dərəcəli diplomla təltif olunub.




