Urmiya aşıq mühitinin inkişafında böyük xidmətləri olan Aşıq Dehqan özünəməxsus ifaçılıq məktəbi yaradan, Urmiya aşıq ifaçılığında mühüm yer tutan ustad səınətkarlardandır. O, klassik saz havalarının mahir ifaçısı kimi tanınıb, zəngin repertuarı ilə seçilib. Özünəməxsus çalğı tərzi ilə məşhur olub. 80-dən çox saz havasını mükəmməl ifa edir, 40-dan çox dastan bilirdi. Xüsusilə də Xəstə Qasımla bağlı dastanları və onun poetik irsini dərindən bilirdi.
2010-cu ildə UNESCO tərəfindən onun ayrıca diski buraxılıb. Dəfələrlə Azərbaycanda olub, Bakıda konsert proqramı ilə çıxış edib.
Aşıq Dehqanın çox sayda şəyirdi olub, neçə-neçə sənətkar yetişdirib.
Böyük sənətkr, ustad aşıq Dehqanın əziz xatirəsi o taylı-bu taylı sənətsevərlərin qəlbində əziz xatirə kimi daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
