Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi ustadı növbəti töhfəsi ilə sevindirib. Aprelin 17-də ustadı evində ziyarət edən AAB sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı Birliyin layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasından Aşıq Xanmusaya həsr olunmuş kitabı ona təqdim edib. Kitabda ustad sənətkarla bağlı respublikamızın elm və sənət adamlarının ürək sözləri, ona ithaf olunmuş şeirlər və özünün yaradıcılığından seçmələr, eləcə də, ömür yolunu əks etdirən müxtəlif fotoşəkillər yer alıb.
Ustadın səhhəti ilə maraqlanan M.Qasımlı ona uzun və sağlam ömür arzulayıb, sənətdəki xidmətlərini yüksək dəyərləndirib.
Ustadın ziyarətində Məhərrəm Qasımlı ilə yanaşı, gənc aşıqlardan Əli Tapdıqoğlu, Məharət Habiloğlu, Rza İslamoğlu və Qobustan qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Aydın Bayramov da iştirak edib.
