Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təşəbbüsü ilə 2025-ci il mart ayının 15-də Sumqayıt şəhərində AAB-nin Sumqayıt Regional Bölməsinin yeni ofisinin açılışı olub. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, dosent Altay Məmmədli və şöbə müdiri Şahniyar Əliyev iştirak ediblər.
Aşıqlar Birliyinin üzvü Aygün xanım Hacıyevanın aparıcılığı ilə keçən tədbirdə ilk söz AAB-nin Sumqayıt Regional Bolməsinin sədri Çərkəz Qurbanova verilib. Sonra Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı çıxış edərək Sumqayıt ədəbi mühitində aşıqların xüsusi rolu olduğunu qeyd edib.
Tədbirdə iştirak edənlər arasında şəhid valideynləri Ruhiyyə Əhmədova, Məhərrəm İbadov, eləcə də jurnalist Nuridə Kərimova, Yasəmən Möhübbətqızı və digər qonaqlar da olub.
Rəsmi çıxışlarından sonra sonra aşıqlardan Zərgər Abbas, Nəriman, Mərkəz, Ələsgər Məmmədli, Tacəddin, Elçin, Azər Fərmayıloğlu, Ceyhun Nağıyev, Elbrus Qayalı, Əfsanə, Həvva Nəsibli, Zəminə Lacınlı, Şəhriyar Şahverdiyev, Cəmil, Əlsəfa Zərbalıyev və İlqar Şirinovun ifasında müxtəlif aşıq havaları səsləndirilib.