Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yubileyinin qeyd olunması ilə Azərbaycan Aşıqlar Birliyi də tədbirlər planı hazırlayıb. Bu ilin may ayının birinci ongünlüyündə “Molla Pənah və aşıq sənəti” mövzusunda ədəbi-bədii proqram və və aşıq konserti keçiriləcək. Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan “Könüldən könülə yollar görünür” adlı konsert proqramında M.P.Vaqifin qoşma və gəraylıları, gözəlləmələri, deyişmələri saz havaları üstündə oxunacaq, Vaqif poeziyası ruhunda sonrakı dönəm aşıqların yaratdıqları dastanlardan parçalar və aşıq mahnıları teatral şəkildə təqdim olunacaq.
