PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AAB-də YENİ LAYİHƏ

Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Bu dəfə musiqi məktəblərində aşıq sənətini tədris edənlər – aşıq-müəllimlər və onların fəaliyyəti diqqət mərkəzində olacaq. Bəllidir ki, son illərdə yeniyetmələr arasında aşıq sənətinə güclü maraq var. Bu gün az qala bütün musiqi məktəblərində saz siniflərinin fəaliyyət göstərməsi də bunun əyani sübutudur.

Həmin məktəblərdə ali təhsilli aşıqlar fəaliyyət göstərərək bu gün aradan çıxmaqda olan klassik ustad-şagird ənənəsinin yerini müəllim-şagird münasibəti ilə doldurmağa çalışırlar. Onların bir çoxu bu sahədə sadəcə dərs deməklə kifayətlənməyərək, həm də sazçı folklor qrupları yaradıblar. Paytaxtdakı 34 saylı uşaq musiqi məktəbinin müəllimi  Sahib İsmiyev “Misri”, Xırdalan şəhərindəki musiqi məktəbində çalışan Nurlan Məmmədli “Cəngi”, Suraxanı rayonunda fəaliyyət göstərən Cavanşir Ənvəroğlu “Qarabağ”, Qəlbinur İbrahimli “Şirvan”, Bakı Musiqi kollecinin müəllimləri Xavər Zəngilanlı və Xatirə GKərimova “Səda”  sazçı folklor qruplarına uğurla rəhbərlik edirlər. Bu kollektivlərin hər biri artıq kifayət qədər tanınır, müxtəlif tədbirlərdə uğurla çıxış edirlər. “Cəngi” sazçı folklor qrupunun bu yaxınlarda Xırdalan şəhərində keçirilən konserti də bunu deməyə əsas verir.

Aşıqlar Birliyində həyata keçirilən bu layihə bütövlükdə aşıq-müəllimlərin fəaliyyətinə, onların yetirmələrinə həsr olunacaq. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıın aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə bu mövzuya həsr olunacaq ki, burada məqsəd musiqi məkətbələrində aşıq sənətinin tədrisi və saz ifaçılığının öyrədilməsi məsələlərinə diqqət yetirilməsi, yeniyetmə və gənc ifaçıların efirə çıxarılaraq tanıdılması, eləcə də, sazçı folklor qruplarının musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaqdır. Verilişdə aşıq-müəllimlərin öz ifalarına da yer ayrılacaqdır.