Milli Televiziya və Radio Şurasının sədri Cənab Nuşirəvan Məhərrəmliyə

Hörmətli Nuşirəvan müəllim!
Son illərdə dövlət başçısı cənab İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətimizin inkişafına və milli-mənəvi sərvətlərimizin qorunub saxlanmasına gösətərilən qayğı və diqqət, bundan irəli gələrək həyata keçirilən məqsədyönlü işlər, genişmiqyaslı tədbirlər öz bəhrəsini verir.