Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi
Tədbir 24 oktyabr 2017-ci il tarixində saat 19:00-da Azərbaycan
Dövlət Filarmoniyasında keçiriləcəkdir. Giriş sərbəstdir.
AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Tədbir 24 oktyabr 2017-ci il tarixində saat 19:00-da Azərbaycan
Dövlət Filarmoniyasında keçiriləcəkdir. Giriş sərbəstdir.
2017-ci il oktyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk dünyası “Qorqud Ata aşıqlar karvanı” adlı konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyi, Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət və sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb.
2017-ci il oktyabr 9-11-də Türkiyənini Qars şəhərində “I Uluslararası Kafkasya halk kültürü” adlı elmi konfrans kecirilib. Qarsdakı Qafqaz universitetinin təşkilatçılığı ilə keçirilən konfransda türk alimləri ilə yanaşı, Azərbaycan, Gürcüstan, Rusiya, Fransa, İran, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gəlmiş alimlər elmi məruzələrlə çıxış ediblər.
14 oktyabr 19 00 - GİRİS AÇIQDIR
Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyır və şeirlərini sevə-sevə oxuyurlar. Yeri gəlmişkən qeyd edək ki, Orxan Paşanın şeirləri gürcü dilinə də tərcümə olunaraq ötən il Tbilisidə kitab halında nəşr olunmuşdur.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov ötən həftə 78 yaşında dünyasını dəyişdi.
El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.
Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, “”Qaraçı”, “Naxçıvani”, “Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.
Uzun sürən ağır xəstəlikdən sonra 2017-ci il sentyabrın 14-də vəfat edən Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, sağlığında ikən klassikləşən ustad aşıq Ədalət Nəsibov sentyabrın 15-də Qazaxda torpağa tapşırılıb.
Qazax rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş vida mərasimində Qazax rayon İH rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyinin təmsilçiləri və ustadın sənət dostları iştirak edib, bu böyük sənətkarla bağlı ürək sözlərini söyləyiblər.