PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏDALƏT NƏSİBOV SON MƏNZİLƏ YOLA SALINDI

Uzun sürən ağır xəstəlikdən sonra 2017-ci il sentyabrın 14-də vəfat edən Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, sağlığında ikən klassikləşən ustad aşıq Ədalət Nəsibov sentyabrın 15-də Qazaxda torpağa tapşırılıb. 

Qazax rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş vida mərasimində Qazax rayon İH rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyinin təmsilçiləri və ustadın sənət dostları iştirak edib, bu böyük sənətkarla bağlı ürək sözlərini söyləyiblər.


XX əsrin ortalarından bu yana təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınan, möhtəşəm ifası ilə bir sıra Avropa ölkələrində də mədəniyyətimizi layiqincə təmsil edən və bütün Türk dünyasında Dədə Ədalət kimi tanınan ustad sənətkar minlərlə ədalətsevərlərin müşayiəti ilə Ağköynək qəbiristanlığında dəfn olunub. Azərbaycan Aşıqlar Birliyinin katibləri Musa Nəbioğlu və Altay Məmmədli ustadın məzarı üstünə birliyin adından əklil qoyublar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və digər təşkilatların adından da əklillər qoyulub.
Mərhumun sentyabrın 17-də Bakıdakı Heydər məscidində keçirilən üç mərasimində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı başda olmaqla Birliyin İdarə heyətinin üzvləri və bütün əməkdaşlar iştirak ediblər.