PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

PROFESSOR MƏHƏRRƏM QASIMLININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə Bakıda “Elm və Təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” adlı yeni kitabı işıq üzü görüb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır.
Kitabda qırx ilə yaxındır ki, elmi və ədəbi-mədəni mühitin içərisində olan M.Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.
“Folklor və ədəbiyyat araşdırmaları” ümumi başlığı altında çap olunan kitab əslində üç hissədən – kitab içində kitablardan ibarətdir. Birinci və ikinci hissələr müvafiq olaraq müəllifin “Ozan-aşıq sənəti” və “Şah İsmayıl Xətayinin poeziyası” monoqrafiyaları, üçüncü isə isə aşıq sənətinin və bütövlükdə folklorumuzun dünəni və bu günü ilə bağlı müxtəlif vaxtlarda yazdığı məqalələrdən ibarətdir.