PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri ilə görüş təşkil olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında (Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası) filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, şair Məhərrəm Qasımlı ilə görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, filialın müdiri Gülşən Abbasova professor Məhərrəm Qasımlının həyatı haqqında geniş məlumat verib.

Görüşdə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu Məhərrəm Qasımlının yaradıcılığı və ədəbi fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, on bir kitabın, iki monoqrafiyanın və iki yüzə yaxın məqalənin müəllifi olan görkəmli alim beynəlxalq aləmdə nüfuzlu folklor tədqiqatçısı kimi tanınır.

Görüşdə 16 nömrəli Texniki -Humanitar liseyin şagirdləri şairin yeni şeirlərini söyləyiblər. Gənc aşıqların ifasında səslənən şairin şeirlərindən ibarət musiqilər isə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonda professor Məhərrəm Qasımlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni kitablarını kitabxanaya və şagirdlərə Orxan Paşa təxəllüsü ilə çap etdirdiyi “Saz başına döndüyüm” adlı şeir kitabını hədiyyə edib.

15142022285549218246_1000x669.jpg